İspaniyanın “Real” (Madird) klubu külli miqdarda pul qazana biləcəyi reklam təklifi alıb. Futbolinfo.az xəbər verir ki, “Kral Klubu” “Coca Cola" korporasiyasının yeni reklam əməkdaşı ola bilər.
ABŞ şirkəti “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” arenasının ad haqlarına sahib çıxmaq istəyir. Təklif olunan məbləğ isə 80 milyon avrodu.
Qeyd edə ki, buna qədər “Real” "Microsoft" şirkəti ilə də görüşürdü. Onların təklifi 50 milyon avro olmuşdu. İddialara görə, “Coca Cola”nın təklifindən sonra "Real"ın prezidenti Florentino Peres "Microsoft"la danışıqları dayandırıb. La Liqa nəhənginin son qərarını yaxın zamanda verəcəyi gözlənilir.





