İngiltərənin "Liverpul" klubunun hücumçusu Luis Suares cari mövsüm sərgilədiyi məhsuldar oyunla Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, ururqvaylı forvardı transfer etmək istəyənlərdən biri də Fransanın PSJ komandasıdı.
Britaniya mətbuatında yayılanlara görə, Paris təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün 42 milyon avro üstəlik Esekiel Lavezzi və Xavyer Pastoredən birini qarşı tərəfə verməyə hazırdı. Liqa-1 nəhəngi həm də Suaresin milli komanda yoldaşı Edinson Kavani ilə əla tandem təşkil edəcəyinə inandığı üçün bu addımı atmaq istəyir. Lakin "Liverpul" rəhbərliyi daha öncə birmənalı şəkildə komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Suarezi satmayacaqlarını bəyan edib.





