"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, ötən gün komanda plana uyğun olaraq iki dəfə məşq edib.
Səhər məşqində futbolçular isinmə hərəkətlərindən sonra qapıya zərbələr üzərində çalışıblar. Axşam məşqində isə komanda müxtəlif taktiki tapşırıqları yerinə yetirib. Məşq prosesi ikitərəfli oyunla başa çatıb.
Xatırladaq ki, "İnter" bu gün növbəti yoxlama matçını keçirəcək. "Bankirlər"in rəqibi Qazaxıstanın "Aktobe" klubu olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 17.00-da başlayacaq.





