Topaz Premyer Liqasının qalan hissəsinə hazırlığını davam etdirən AZAL bu gün növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Vaqif Sadıqovun yetirmələri bu gün də iki sınaq matçı keçiriblər.
"Təyyarəçilər" 1-ci divizion təmsilçisi “Şahdağ”la qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib. Digər oyun isə “Sumqayıt”la baş tutub. Oyun “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.





