Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan “Qarabağ” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Buxarest “Dinamo”su ilə qarşılaşıb.
Ağdam klubu yeni ildəki ilk sınağından qalib ayrılıb.
Yoxlama oyunu
19 yanvar
Qarabağ – Dinamo (Buxarest) – 1:0 (0:0)
Qol: L.Corc, 59.
"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Ansi Aqolli, Bədavi Hüseynov, Admir Teli, Maksim Medvedev, Qara Qarayev, Namiq Yusifov, Reynaldo, Leroy Corc, Vüqar Nadirov, Ulrix Kapolonqo.
Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılır
1. Oyun başladı
2. Kapolonqonun zərbəsi qapının üstündən keçir
5. Ərazi üstünlüyü "Qarabağ"ın tərəfindədi
10. Ağdam klubu rəqib müdafiəsini yarmağa çalışır, topa nəzarəti əlində saxlayır
13. Leroyun zərbəsini qapıçı dəf edir
16. Yenə Leroyun zərbəsi qapıçıdan dönür
21. Reynaldo cərimə meydançasına daxil olub zərbə endirsə də, top qapı dirəyindən dönür
27. Şehiç rəqibin iki uzaqdan zərbəsini dəf edir
31. Maksimin başla qapıya göndərdiyi topu son anda rəqib futbolçu xəttdən çıxarır
38. Uzaqdan zərbə zamanı Şehiç yenə yerindədi
42. Vüqarın cərimə zərbəsi müdafiəçilərdən dönür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Şehiçi Fərhad Vəliyev əvəzləyir
51. Reynaldo daha bir qol şansını boşa verir
54. Leroyun zərbəsi dirəkdən dönür
59. L.Corc nəhayət ki, hesabı açır – 1:0
62. Vüqarın zərbəsinə qapıçı əla reaksiya göstərir
63. Qurbanov xeyli dəyişikliyə əl atır: Meydana İlqar Qurbanov, Elton Yaqublu, Hacı Əhmədov, Təmkin Xəlilzadə, Toğrul, Muarem Muarem və Tural İsgəndərov daxil olur.
65. Kapolonqonun zərbəsini qapıçı dəf edir
71. Təmkin zərbə vurmağa gecikir
74. Kapolonqo daha bir qol şansını qaçırır
80. Oyunun sonlarında temp xeyli aşağı düşüb
Matç başa çatdı





