“Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin futbolinfo.az saytına müsahibəsi
– “Fənərbaxça” ilə oyun haqqında nə deyə bilərsiz?
– Bizim üçün yaxşı oyun oldu. Rəqibimiz güclü komanda idi. Amma nəticədə heç-heçəyə nail olduq. Hesabdan razıyam
– Demək olar ki, "Neftçi" çempionata hazırdı?
– Belə komanda ilə oyundan bərabərliklə ayrılmaq sevindirici haldı. Amma bu, yoldaşlıq oyunudu. Bu nəticəyə, bu oyuna baxıb qərar vermək olmaz.
– Məşqlər necə keçir? Yorğunluq var?
– Məşqlərimizi davam etdiririk. Yorğunluq olur. İki həftədən sonra artıq çempionat start götürür. Məşqlərin bizim üçün necə uğurlu olduğunu çempionat oyunları göstərəcək.
– Premyer Liqanın ilk yarısı başa çatan kimi mətbuatda xəbərlər yayıldı ki, Bertuççiyə Avropadan təkliflər var…
– Bu barədə heç nə bilmirəm. Şəxsən mənim özümə heç bir təklif gəlməyib. Ola bilər ki, təkliflər “Neftçi”yə gəlib. Hər halda bu barədə daha dəqiq klub rəhbərliyi bilər. Hazırda mən bu komandanın şərəfini qoruyuram.
– Bəs Braziliyaya qayıtmaq istədiyiniz haqda xəbərləri necə şərh edə bilərsiz?
– Mən Braziliyada oynamaq istəyirdim. Çünki ora doğma vətənimdi, ailəm orada yaşayır. Bu barədə “Neftçi” ilə danışdım. Amma yenidən bura qayıtmalı oldum.
– Mən Braziliyada oynamaq istəyirdim. Çünki ora doğma vətənimdi, ailəm orada yaşayır. Bu barədə “Neftçi” ilə danışdım. Amma yenidən bura qayıtmalı oldum.
– Mövsümün sonunda Braziliyaya qayıda bilərsiz?
– Yox, bu barədə dəqiq heç nə deyə bilmərəm. Ola da bilər, olmaya da. Bunu mövsümün sonunda görəcəyik.
– “Neftçi” qol şanslarından istifadə etməkdə çətinlik çəkir…
– Yox, mən belə düşünmürəm. İnanıram ki, çempionatda daha yaxşı olacaq.
ELSEVƏR, ANTALYA





