Topaz Premyer Liqasının qalan hissəsinə Türkiyədə hazırlaşan "Qarabağ"ın Antalya toplanışı çərçivəsində bu gün Rumıniya "Dinamo"suna (Buxarest) qarşı keçirdiyi yoxlama oyununu komandamızın əcnəbi azarkeşləri də izləyiblər. Futbolinfo.az xəbər verir ki, Ağdam klubuna azarkeşlik edən iki almaniyalı azarkeş də bu görüşü izləyənlər arasındaydı.
 
Onlardan biri açıqlama da verdi: "Biz Qafqaz futbolu ilə maraqlanmağa başlayanda qarşımıza "Qarabağ" çıxdı. Bu komandaya "Qafqaz "Barselona"sı" deyidiyini eşitdik. Doğrudan da əla komandadı. Biz hər il "Qarabağ"a görə bura gəlirik. Mən sizin başqa klubları da tanıyıram. "Xəzər Lənkəran" və "Neftçi" haqqında da məlumatım var. Onlar arasındakı derbini izləyirəm. Avropada Almaniyadan sonra ikinci komanda olaraq Azərbaycan milli komandasına azarkeşlik edirik. Ən çox sevdiyim futbolçular isə Rəşad Sadıqovla Admir Telidi". 
 
Sonda onu da bildirək ki, bu oyunu "Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin də izləyirdi.
Shares: