"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldonun futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıqlar necə keçir?
– Hər şey yaxşıdı. Məşqlərimiz ağır keçir. Çalışırıq ki, çox yaxşı hazırlaşaq. Çünki bizi çempionatın ikinci yarısında daha çətin bir mübarizə gözləyir.
 
– İlk sınaq matçınızdan qalib ayrıldınız. Buxarest "Dinamo"su ilə oyun barədə nə deyərdiz?
– Yaxşı oynadıq. Layiqli şəkildə qalib gəldik.
 
– Bütün futbolçular deyir ki, belə oyunlarda nəticə önəmli deyil. Razısız?
– Qələbə qazanmağımız bizim üçün yaxşı oldu. Hər halda qarşıdakı oyunda daha yaxşı oynamaq üçün qalib gəlməlisən. Amma bu oyunun nəticə baxımından heç bir əhəmiyyəti yoxdu. Uduzsaydıq da, heç nə itirməyəcəkdik. Birinci oyun olduğuna görə fiziki cəhətdən daha zəif idik. Amma qarşıdakı oyunlarda bu çətinliyi aradan qaldırmaq lazımdı.
 
– “Ayntraxt”la oyundan sonra sizə bir sıra təkliflərin gəldiyi deyilirdi. Yanvarda yeni təkliflər oldumu?
– Oldu. İndi də təkliflər var. Amma mən sadəcə, “Qarabağ”ı düşünürəm. Çünki bu klubla müqaviləm var və "Qarabağ"a məxsusam.
 
– Çempionatın ilk yarısını lider bitirdiz. İkinci yarıdan nə gözləyirsiz?
– Çətin oyunlar olacaq. Məncə, ikinci yarıda bəzi komandalar heyətlərini daha da gücləndirəcəklər və çox çətin olacaq. Amma biz bunun öhdəsindən gəlməliyik.
 
– İkinci yarıda ilk oyununuz sizinlə eyni yerdə məşq edən “Xəzər Lənkəran”la olacaq…
– Onların yeni baş məşqçisi var və heyətlərində yaxşı futbolçular var. Düşünürəm ki, maraqlı oyun alınacaq. Amma qələbə bizim üçün vacibdi.
 
ELSEVƏR, ANTALYA
Shares: