Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Futbolinfo.az xəbər verir ki, bu gün "bankirlər" toplanış çərçivəsində dörüncü yoxlama görüşünü keçirib.
 
"Şəfa" stadionunda baş tutan oyunda komanda MOİK klubu ilə üz-üzə gəlib və bu qarşılaşmadan 6:1 hesablı qələbə ilə ayrılıb. "İnter"in heyətində Amil Atakişiyev üç qolla fərqlənib, Bilal Qənbərov iki topun müəllifi olub, Fərhad Budaqov isə rəqibi bir dəfə məyus edib.
 
Qeyd edək ki, toplanış çərçivısində baş tutacaq sonuncu yoxlama oyun ayın 24-də baş tutacaq. Həmin matçda "İnter" "Şuşa" ilə qarşılaşacaq.
Shares: