"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, ötən gün "bankirlər" axşam saatlarında məşq edib.
Məşqdən sonra Kaxaber Sxadadze klub saytına açıqlama verib. O, bildirib ki, komandaya yeni futbolçu transfer olunub. Kosta-Rikadan olan Dieqo Madriqal ilə iki illik müqavilə imzalandığını bildirən gürcü mütəxəssis yeni hucumçunun artıq komandayla məşq etdiyini də vurğulayıb.





