Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə bir görüş baş tutub.
 
"Mançester Siti" səfərdə "Vest Hem"lə qarşılaşıb. İlk oyunda 6 cavabsız qol vuran "şəhərlilər" bu dəfə də 3 qolla qalib gəliblər və finala adlayıblar.
 
Bu gün digər yarımfinal görüşündə "Mançester Yunayted" ilk oyunda uduzduğu "Sanderlend"i qəbul edəcək.
İngiltərə Liqa Kuboku
Yarımfinal (cavab oyunları)
21 yanvar
 
Vest Hem – Mançester Siti – 0:3 (ilk oyun – 0:6)
 
22 yanvar
 
23:45. Mançester Yunayted – Sanderlend
Shares: