Az öncə İtaliyanın “İnter” və “Yuventus” klubları qarşılıqlı şəkildə Freddi Quarin və Mirko Vuçiniçin dəyişdirilməsi mövzusunda anlaşmışdı. Lakin görünür bu keçid baş tutmayacaq.
Belə ki, “İnter” azarkeşləri kolumbiyalı yarımmüdafiəçinin “Yuventus”a keçməsinə qarşı etiraz ediblər. Bu isə komandanın sahibi Erik Tohiri hərəkətə keçirib. Klub rəhbəri 27 yaşlı oyunçunun Turin təmsilçisinə keçməsinə icazə verməyib.





