Bir neçə gün əvvəl milliləşdirilmiş ukraynalı futbolçu Aleksandr Çertoqanov futbolinfo.az saytına açıqlamasında karyerasını bitirdiyini bildirmişdi. Lakin o, bu qərarını dəyişib.
 
Əldə etdiyimiz məlumata görə, yığmamızın sabiq yarımmüdafiəçisi hələ futbol oynaya bildiyini kimlərəsə sübut etmək üçün yenidən yaşıl meydana qayıtmağa qərar verib. Cari mövsümün ilk yarısında şərəfini qoruduğu "Sumqayıt"dan ayrılan Çertoqanovın yeni klubu dəqiqləşməsə də, onun AZAL-a keçmə ehtimalı var. Hazırda paytaxt klubu ilə təcrübəli futbolçu arasında danışıqlar gedir. Bu danışıqlar müsbət yekunlaşsa, tezliklə Saşanı "təyyarəçilər"in formasında görə bilərik.
Shares: