Antalyada hazırlıqları davam etdirən “İnter” kosta-rikalı Diqeo Madriqalla müqavilə bağladıqdan sonra heyətinə daha bir futbolçu qatmaq üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Kaxaber Sxadadze bir mərkəz müdafiəçisi almaq fikrindədi.
Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib: “Çox güman ki, yenə transferlərimiz olacaq. Hazırda baş məşqçi mərkəz müdafiəçisi almaq niyyətindədi. Amma futbolçunun kimliyi və hansı ölkədən olacağı barədə məlumatım yoxdu".





