Fatih Terimin "Qalatasaray"ı çalışdırdığı dövrdə ona köməkçilik edən Həsən Şaş indi özü baş məşqçi kimi çalışmağa yaxındı. Futbolinfo.az Türkiyə mətbuatına istindən xəbər verir ki, onun adı “Qaziantepspor”la hallanır.
Mütəxəssis ötən günlərdə Antep klubundan dəvət alıb. Belə ki, komandanın hazırkı baş məşqçisi Sərgən Yalçının istefa verəcəyi gözlənildiyindən onun yerinə ən layiqli namizəd kimi Şaş göstərilib.
Qeyd edək ki, Həsən təklifi qəbul edərsə, ilk dəfə baş məşqçilik təcrübəsi yaşayacaq.





