Xəbər verdiyimiz kimi, ötən gecə futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” da A qrupunda üçüncü matçına çıxıb.
Roberto Karlosun komandası öz meydanında "Akhisar BS" klubunu qəbul edib. Bundan əvvəl oynadığı iki matçda məğlub olan "Sivasspor bu oyunda ilk qələbəsini qazanıb – 2:1.
Qeyd edək ki, Cihan Özkara bu qarşılaşmanın 76-cı dəqiqəsində oyuna daxil olub və sona kimi meydanda qalıb.





