Madrid "Real”ının qapıçısı İker Kasilyas bir neçə həftə öncə verdiyi açıqlamaların əksini söyləməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, ötən mövsümdən etibarən əsas heyətdən kənarda qalan qolkiper buna görə klubdan ayrılmayacağını və karyerasını burada davam etdirmək istədiyini bildirib:
 
"Mən öz oyunumdan çox razıyam. Bütün zədələrimdən qurtulmuşam. İndi hər şey qaydasındadı. Gələcəyimlə bağlı suallar bezdirib. Komandamda çox xoşbəxtəm və gələcək mövsüm də burda qalmağı düşünürəm."
 
Xatırladaq ki, baş məqşçi Karlo Ançelottinin qərarına əsasən, Kasilyas La Liqa matçlarında meydana buraxılmır.
Shares: