İngiltərə nəhəngi “Mançester Siti”nin sahibi olan Şeyx Əl Mənsur Avstraliya futboluna da sərmayə qoymağa başlayıb. Futbolinfo.az xəbər verir ki, ərəb milyarder ölkənin “Melbörn Hart” klubunun 20 faizini satın alıb.
 
2013/14 mövsümünə pis başlayan komandada hazırkı rəhbərlik maddi böhranda olduğu üçün belə bir addım atıb. Onlar klubun hissələrini satmaqla vəziyyətdən çıxa biləcəklərini deyib. Məsələ barədə MS-in rəsmisi Ferran Soriano belə danışıb: "Biz “Melbörn Hart”ı Avstraliyanın ən yaxşı klublarından biri etmə şansının önümüzə çıxmasından ötrü xoşbəxtik. Burada güclü bir idman mədəniyyətinin olduğuna inanırıq. Əvvəlcə dinləməyə və öyrənməyə zaman ayırmalıyıq. Daha sonra komandanı gücləndirmək üçün strategiya cızmalıyıq”.
Shares: