Azərbaycanın futbol üzrə U-21 yığması ilə birgə Antalyaya yollanan təcrübəli mütəxxəsis Ağasəlim Mircavadov bu səfəri ilə bağlı açıqlama verib. Futbolinfo.az saytına açıqlamasında o, bunları söyləyib:
 
"Yığmanın heyətində bəzi yeni uşaqlar var. Onları yoxlayırlar. Ümumilikdə, hazırlıq prosesi çox yaxşı gedir. Məşqçilərin işini xüsusi vurğulamaq istərdim. Çox bəyəndim. Hələ də milli komanda ilə birlikdəyəm. Gündə 2 dəfə məşq olur. Proqram sıx olduğunudan Antalyada olan klublarımızın məşq proseslərini izləyə bilmirəm".
Shares: