Ukraynanın “Metallurq” (Zaporojye) klubunun baş məşqçisi Oleq Taran “Neftçi” ilə baş tutan yoxlama oyunundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, paytaxt klubunun rəsmi saytına bunları bildirib:
 
“Neftçi” çox xoşuma gəldi. Rəqib çox güclü komandadı. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər. “Neftçi” kompakt futbol oynayır. Rəqibdən xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Bu gün həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.
Shares: