Türkiyənin “Qalatasaray” klubu qəş transferlərini sıralamağa davam edir. Futbolinfo.az xəbər verir ki, "Everton"un müdafiəçisi Conni Heytinqa karyerasını "Cim-Bom"da davam etdirəcək.
 
Hollandiyalı futbolçu Türkiyə klubuyla mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə “Voetbal International” məlumat yayıb. Xatırladaq ki, Heytinqa İngiltərə çempionatının cari mövsümündə yalnız bir oyunda meydana çıxıb.
 
Onu "Roma"da öz heyətində görmək istəyirdi.
Shares: