“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Federasiya Kubokunda “Mançester Siti”yə rəqib olmaları barədə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Premyer Liqadada gərgin çempionluq yarışı aparan bu iki komandanın İngiltərənin ikinci nüfuzlu turnirində də rəqib olması portuqaliyalını narahat etmir:
 
“Stok Siti”yə qarşı yaxşı oynadıq. Yekun nəticə də bizim üstünlüyümüzü göstərir. Oskarın cərimə zərbəsi bizi sevindirdi. Oyun planında bir qədər dəyişiklik etməliyik. Çünki 15 gün ərzində “Mançester Siti”yə qarşı səfərdə 2 çətin oyun keçirəcəyik. Onlara qarşı mübarizəyə hazırıq. Həmin matçlarda bütün gücümüzü meydanda qoymalıyıq. “Mançester Siti” ilə oyunlarla itiriləsi heç nəyimiz yoxdu. Nə Premyer Liqa, nə də Federasiya Kubokunda onlardan çəkinmirik”.
Shares: