"Qarabağ"ın 1988-ci ildə çempionatda oynadığı futbol topu xatirə olaraq saxlanılır. Futbolinfo.az xəbər verir ki, həmin top "Qarabağ"- "Avtomobilçi" matçından xatirədi.
 
1988-ci ildə  Elbrus Abbasov "Qarabağ"ın sükanı arxasına keçdikdən sonra başqa klublarda çıxış edən ağdamlılar komandaya cəlb olunmuşdu. Elə eyni ildə də "Qarabağ" mövsümü çempion kimi başa vurdu.  Həmin dövrlərdə "İmarət" stadionunun texniki işlərinə rəhbərlik edən Əli Quliyev mövsümün 8-ci turunda "Avtomobilçi" üzərində qazanılan 4:1 hesablı qələbədən sonra matçda oynanılan topu xatirə olaraq saxlayıb. Matç başa çatdıqdan sonra Quliyev oyunu idarə edən hakimin əlindən topu alan zaman hətta polislər onu tutublar. Ancaq o dövrlər komandanın sponsoru olmuş Siyavuş Fərzəliyevin xahişindən sonra onu azad ediblər.
 
Qeyd edək ki, 1988-ci il mövsümündə rəqib qapılarından 62 top keçirən "Qarabağ" öz qapısında 22 qol görürmüşdü.
 
EMİN SƏFƏROV
Shares: