Martın 7-də AFFA-nın növbəti Konfransı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, təbdir saat 11:00-da start götürəcək.
AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması





