"Çelsi" rəhbərliyi komandanın kapitanı Con Terri ilə yeni müqavilə haqda danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçinin hazırki sözləşməsi mövsümün sonunda bitdiyindən “zadəganlar” onunla yeni razılıq əldə etmək niyyətindədi.
33 yaşlı stopper özü də açıqlamasında daha 2 il London klubunda qalmaq istədiyini bildirib. Ancaq rəhbərlik Terriyə 2 yox, 1 illik müqavilə təklif edir. Buna görə də, hələ ki, danışıqlar uzanmaqdadı. “Zadəganlar” Cona 1 ildən sonra karyerasını başa vurmağı və klubun idman sturukturunda fəaliyyətini məşqçi kimi davam etdirməsini məqsədəuyğun sayır.
Terri 1998-ci ildən “Çelsi”nin formasını geyir.





