Müdafiə xəttində problemlər yaşayan “Qalatasaray” “Everton”da çıxış edən Con Heytinqanın transferini reallaşdıra bilməyib. Futbolinfo.az xəbər verir ki, komanda rəhbərliyi Almaniyaya üz tutub.
 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Dortmund "Borussiya"sında çıxış edən türk əsilli Koray Günterin keçidini həll etməyə hazırlaşır. Məlumatda bildirilir ki, gənc müdafiəçi bu gün meneceri ilə birlikdə İstanbula gələcək. Bu transferin 1 milyon avro qarşılığında reallaşacağı gözlənilir.
 
20 yaşlı futbolçu Almaniya U-20 millisinin də üzvüdü.
Shares: