"Xəzər Lənkəran"a transferi gündəmdə olan braziliyall futbolçu Eliasın keçidinin baş tutmayacağı bildirilmişdi. Cənub klubunun rəsmiləri bu futbolçunun fantastik şərtlər qoymasını əsas gətirərək onunla danışıqlara son verdiklərini açıqlamışdılar.
 
Amma futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Elias müəyyən şərtlərdə Lənkəran klubuna güzəştə gedərək "ağ-yaşıllar"la razılaşıb. Belə ki, futbolçunun meneceri cənub klubunun rəsmiləri ilə əlaqə saxlayaraq, onun son klubu ilə problemini yoluna qoyduğunu bəyan edib. Böyük ehtimalla hücumameyilli yarımmüdafiəçi yaxın günlərdə Bakıya gələrək "Xəzər Lənkəran"la müqavilə imzalayacaq.
 
Maraq üçün bildirək ki, Eliasın müqavilə ilə məxsus olduğu "Atletiko Paranaense" Libertadores Kuboku çərçivəsində yanvarın 30-da Perunun "Sporting Kristal" komandasıyla qarşılaşacaq. Amma "Xəzər Lənkəran"ın almaq istədiyi bu futbolçu komandası ilə səfərə yollanmayıb. Bu bir daha Eliasın cənub klubuna keçməyə yaxın olmasına işarə sayıla bilər.
Shares: