Burak Yılmaz “Qalatasaray"dan ayrılmaq fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, hücumçu İsanbul klubunda artıq təzyiqlərə tab gətirə bilmədiyini rəhbərliyə çatdırıb.
 
Super Liqanın son turunda "Elazığspor"la görüşdə qırmızı vərəqə alaraq iki oyunluq cəzalanan Burak ayrılmaq ölkə xaricinə çıxmaq istəyir. "Qalatasaray" rəhbərliyi isə ona mövsümün sonuna qədər gözləməyi məsləhət görüb. Türkiyə millisinin üzvünün mövsümün sonunda hansı qərarı verəcəyi böyük maraq doğurur.
 
Qeyd edək ki, Burakla "Latsio" və "Atletiko" (Madrid) klubları maraqlanır.
Shares: