Fransanın PSJ klubu “Roma”nın üzvünə “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət istedadlı yarımmüdafiəçi Miralem Pyaniçdən gedir.
 
Liqa-1 nəhəngi bosniyalı futbolçunun transferi üçün qarşı tərəfə 55 milyon avro təklif edib. Lakin "canavarlar" hələ ki, təklifi cavabsız qoyur. İtaliya mətbuatı paytaxt klubunun bu rəqəmə “hə” deyəcəyin iddia edib. Avropada “transfer pəncərəsi”nin bağlanmasına 3 gün qaldığını nəzərə alan parislilər keçidi tezliklə rəsmiləşdirmək istəyir.
 
Qeyd edək ki, Pyaniç 2011-ci ildən "Roma"nın şərəfini qoruyur.
Shares: