“Bakı” Əlcəzair yığmasının sabiq futbolçusu, Əlcəzairin “USM Əl Xarraş” klubunun üzvü Həmzə Ait Uamarı heyətinə qatmaq istəyindədir. Futbolinfo.az Əlcəzair mətbuatına istinadən xəbər verir ki, hazırda klubla futbolçu arasında danışıqlar davam edir:
“Hazırda heç nə dəqiq bəlli deyil. Hər halda məşqçi Bulaem Şaref yaxın vaxtlarda cavab verəcək. Ancaq futbolçu ilə məşqçi arasında danışıq dünən baş tutub. Əvvəlcə futbolçunun klubda qalmağa dilə tutublar. Bunun üçün əsaslı dəlillər gətirilməsə də, bu mərhələdə komandaya gərəkli olduğu diqqətə çatdırılıb. Ancaq futbolçunun “Bakı”ya keçidə kökləndiyini görən Şaref, son qərar üçün futbolçudan bir sutka vaxt istəyib. İndi Uamarın Avropaya yollanması məşqçinin qərarından asılıdı”.
Qeyd edək ki, 27 yaşlı Ait Uamar əvvəllər Əlcəzair klublarında çıxış edib. Futbolçu 2008-ci ildə Finlandiyanın “Turku” klubuna keçib. Ancaq orada bir oyun belə keçirə bilməyib. Uamar həmçinin, Əlcəzairin olimpiya yığmasının da şərəfini qoruyub.





