Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubunun İspaniya toplanışı çərçivəsində bütün rəqibləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Kazan təmsilçisi “Lyubimets 2007” (Bolqarıstan, 5 fevral), ÇFR (Rumıniya, 8 fevral) və “Dnepr” (Ukrayna, 11 fevral) klubları ilə qarşılaşacaq.
Bu oyunlarda həmyerlimizin də çıxış etməsi istisna deyil.





