İngiltərə "Arsenal"ında daha bir aparıcı futbolçu zədələnib. Futbolinfo.az xəbər verir ki, söhbət istedadlı yarımmüdafiəçi Aron Remzidən gedir.
 
Artıq bu oyunçunun cari mövsüm ərzindəki ikinci zədələnməsidi. London klubunun baş məşqçisi Arsen Venger yarımmüdafiəçinin 1 ay yaşıl meydanlardan uzaq qalacağını deyib. Buna görə  də “topçular” heyətə yeni futbolçu cəlb edə bilər.
 
Xatırldaq ki, Remzi ötən ilin dekabrında da zədələnmişdi.
Shares: