Respublikada hava şəraitinin dəyişməsi futbola da təsirsiz ötüşmədi. Futbolinfo.az xəbər verir ki, bu gün Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 19-cu turu baş tutacaq.
 
Qar yağışı oyunların keçirilməsinə mane ola bilər. Belə ki, dünəndən yağan qar "İnter"in meydanını əlverişsiz şəraitə salıb. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov hava şəraitinə baxmayaraq, komandanın hazırlaşdığını bildirib:
 
"Hazırda əvəzedicilərimiz meydanda məşqlərini davam etdirir. Oyunların təxirə salınması ilə bağlı rəhbərlik tərəfindən mənə heç bir məlumat verilməyib. Stadionda qar qismən təmizlənib. Amma çovğun da öz işini görür".
Shares: