"Xəzər Lənkəran" bu gün keçirilən Topaz Premyer Liqasının 19-cu turunun "Qarabağ"la oyununa baş məşqçisiz çıxıb. Futbolinfo.az xəbər verir ki, buna türkiyəli mütəxəssis Mustafa Dənizlinin sağlamlığındakı problem səbəb olub.
Türkiyəli mütəxəssis qrip xəstəliyinə yoluxub. Onun vəziyyəti yaxşı olmadığından həkimlər Dənizliyə xəstəxanada yatmağın vacibliyini bildiriblər. Bu üzdən də "ağ-yaşıllar" qış fasiləsindən sonrakı ilk matça baş məşqçisiz çıxıblar. "Xəzər Lənkəran"ı "Qarabağ"la görüşə Dənizlinin köməkçisi Oğuz Çətin çıxarıb.