İspaniya futbolunun məşhur siması Luis Araqones vəfat edib. Futbolinfo.az xəbər verir ki, 75 yaşlı mütəxəssis müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Karyerası ərzində "Barselona", "Atletiko", "Sevilya", "Valensiya" və"Espanyol" kimi klubları çalışdırmış məşqçinin sonuncu iş yeri Türkiyənin"Fənərbaxça" klubu olub. Araqonesin ən böyük uğuru 2008-ci ildə İspaniya millisinə Avropa çempionluğu qazandırmaq olub.





