Topaz Premyer Liqasının 19-cu turunda "Bakı" doğma meydanda "Rəvan"la qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, rəqibini 5-1 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri növbəti 3 xalı aktivinə yazdı.

Serb mütəxəssis oyundan sonra bunları dilə gətirib: “Qələbə qazandıqdan sonra soyuq hava da unudulur. Mükəmməl oyun oynadıq, qalib gəldik. Oyundan çox razıyam, İspaniyadakı toplanışda göstərdiyimiz oyunu burada da göstərdik. Aqressiv oynadıq, komandamı təbrik edirəm”.

Shares: