İtaliyanın "Milan" klubunun hücumçusu Mario Balotelli yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. Futbolinfo.az xəbər verir ki, 2010-13-cü illərdə “Mançester Siti”nin formasını geymiş forvard bu dəfə “Arsenal” formasını geyməyə yaxındı.
Bu haqda İtaliya mətbuatı məlumat yayıb. “Topçular” hücum xəttindəki boşluğu Balotelli ilə gücləndirmək niyyətindədi. 23 yaşlı futbolçu da "Milan”ın əvvəlki gücdə olmadığını nəzərə alaraq, “Arsenal"ın təklifini müsbət qarşılayıb.
“Arsenal” Marionu razı sala bilsə, keçidin yay aylarında rəsmiləşəcəyi bildirilir.





