Bir neçə gün əvvəl Mindauqas Kalonasın "Simurq"a keçdiyi barədə xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq xəbər öz təsdiqini tapıb.

Zaqatala klubu futbolçunun transferini açıqlayıb. Kalonas icarə əsasında mövsümün sonuna qədər Georgi Çixradzenin başçılığı altında oynayacaq. Bu gün "Simurq"la münasibətlərini rəsmiləşdirən 30 yaşlı futbolçu "Simurq"un heyətində 9 nömrəli forma geyinəcək. 

Qeyd edək ki, "Bakı"dan icarə əsasında heyətə qatılan litvalı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində cari mövsümdə 17 oyunda forma geyinib və 6 qol vurub. Ötən mövsüm isə "Rəvan"ın uğurları üçün çalışan Kalonas, 13 görüşdə 8 dəfə fərqlənməyi bacarmışdı.   

Shares: