İngiltərənin "Liverpul" klubunun hücumçusu Daniel Starric sabiq komandası "Çelsi" haqda danışıb. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu "Çelsi"dən heç kimin ona inanmadığı üçün ayrıldığını bildirib:
 
"Çelsi"də hücum mövqeyində oynayacağıma əmin deyildim. İnsanlar da mənə inanmırdı. London klubunda əsasən müxtəlif mövqelərdə mənə şans verirdilər. Halbuki, mən hücumçuyam. Digər mövqelərdə oynamaq mənə çox çətin idi. Çünki mən artıq hücum mövqeyində oynamağa vərdiş etmişəm. Ancaq "Liverpul"da hər şey fərqlidir".
 
Qeyd edək ki, Daniel 2013-cü ilin yanvarında "Liverpul"a keçib.
Shares: