“Xəzər Lənkəran” Futbol Klubunun yaranmasının 10 illik yubileyi ilə əlaqədar marş və mahnı müsabiqəsinə start verilib. Futbolinfo.az xəbər verir ki, müsabiqənin formatı aşağıdakı şəkildədi:
 
1. Müsabiqədə iştirak etmək üçün  peşəkar musiqi fəaliyyəti ilə məşğul olmaq şərtdi.
 
2. Müsabiqə 2014-cü ilin fevral ayının ilk həftəsindən başlayıb 2014-cü ilin may ayının 5-də yekunlaşacaq.
 
3. Müsabiqədə iştirak edənlər təqdim etdikləri marş və ya mahnını  tam hazır şəkildə, CD-yə yazılmış formatda klubun Bakı və Lənkəran ofisinə təqdim etmələri xahiş olunur.
 
4. Müsabiqədə “Xəzər Lənkəran” klubunun keçdiyi 10 illik tarixə həsr olunan marş və mahnıların qalibləri
 
– I yer – 5000 manat
– II yer – 3000 manat
– III yer – 1000 manat olmaqla mükafatlandırılacaqlar.
Shares: