"Bursaspor" rəhbərliyi komandanın təcrübəli futbolçusu Tuncay Şanlının müqaviləsini ləğv edib. Futbolinfo.az xəbər verir ki, bu haqda Türkiyənin "NTV spor" kanalı informasiya yayıb.
 
Anadolu  təmsilçisi yarımmüdafiəçi ilə sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib. Tuncayın "ağ-yaşıllar"dan heç bir təzminat tələb etməyib.
 
Məlumatınız olsun ki, Şanlı 2012-ci ildə "Volfsburq"dan "Bursaspor"a transfer olunmuşdu.
Shares: