İngiltərə futbolunun məşhur siması Devid Bekhem uzun müddətdi arzuladığı işi gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, 38 yaşlı sabiq futbolçu ABŞ-da klub sahibi olub.
Amma gözlənildiyi kimi o, hər hansı komandanı sattın almayıb. Britaniyalı özü klub yaratmaq qərarına gəlib. Bekhem ABŞ-da keçirdiyi mətbuat konfransında şəxsi futbol komandasını yaratdığını açıqlayıb.
Komandanın adı hələlik məlum deyil. Amma klub Mayami ştatını təmsil edəcək və ölkənin ən yüksək futbol liqası sayılan MLS-də çıxış edəcək. Yaxın gələcəkdə Devid klubun stadionunun tikintisinə başlayacaqlarını bildirib.





