Ağasəlim Mircavadov Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq "Qəbələ" – "Qarabağ" matçını dəyərləndirib. Futbolinfo.az saytına açıqlamasında təcrübəli mütxəsəssis bunları dilə gətirib:
 
"Qəbələ" – "Qarabağ" oyun haqda çox danışmaq olar. Əvvəlki turda "Qarabağ"ın məğlubiyyəti, "Qəbələ"nin qələbəsindən sonra Yuri Syominin komandası birinci pilləyə yüksəlib. Mən görməmişəm ki, "Qarabağ" ard-arda iki oyunda xal itirsin. Amma prinsip xarakterinə görə bu oyun da baxımlı olacaq. Matç zamanı hansısa səhv olsa, komanda o səhvi sığortalaya bilməyəcək. Çempionluq istəyən komanda öz rəqiblərindən xal almalıdı. Onlar ortabab klubları mütləq udmalıdı. "Qəbələ"yə gəldikdə, onlar qalib gəlsə, xal ehtiyatını artıracaq. İndiki halda 4-5 xal qabağa düşən klubu saxlamaq çətin olacaq. Deyərdim ki, çox gərgin oyun olacaq. Yenə də burada psixoloji vəziyyət öz sözünü deyəcək. Qəbələdə inanıram ki, ot örtüyü yaxşı vəziyyətdədi. Bu zaman futbolçuların texnikaları danışacaq. Hər iki klubun adi bir səhvi onlara baha başa gələ bilər".
Shares: