Devid Bekhemin ABŞ-da yeni klub yaratdığı haqda xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, Avropa mətbuatı məsələ ilə bağlı daha bir maraqlı məlumat yayıb.
İddialara görə, Mayami ştatını təmsil edəcək klubu əfsanəvi çalışdırıcı Aleks Ferqyusson çalışdıra bilər. Bekhem şotland mütəxəssis haqda bunları deyib: "O, möhtəşəm biridi. Mənə uşaqlıqdan xəyal etdiyim komandada oynamağıma şans verdi. Onun məşqçilikdən getməsi ilə bağlı qərarından imtina etməsini istəmirik. Çünki indiki həyatından məmnun olduğunu düşünürəm".
Qeyd edək ki, Bekhem 1993-2003-cü illərdə “Mançester Yunayted”də Ferqyussonla birgə çalışıb.





