Cari mövsümün əvvəlində “Roma”nın heyətinə qatılan istedadlı hücumçu Jervinyo iddialı açıqlamasıyla diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, “canavarlar”ın əsas qol silahlarından olan afrikalı dünyanın ən sürətli insanı sayılan Useyn Boltdan da sürətli qaçdığını deyib:
 
“Topla mən Boltdan sürətliyəm. Amma zənimcə topsuz qaçsaq, o məni geridə qoyar”.
 
Qeyd edək ki, Jervinyo İtaliya kubokunun yarımfinalında “Napoli” qarşısında dubl edərək matçın qəhrəmanı olub.
Shares: