Qarşıdakı günlərdə Türkiyənin “Fənərbaxça” klubunu prezident seçkisi gözləyir. Futbolinfo.az xəbər verir ki, kluba rəhbərlik uğrunda Məhmət Əli Aydınlar və Əziz Yıldırım mübarizə aparacaq.
 
Hazırkı prezident Əziz Yıldırım öz açıqlamasında postundan getməyəcəyini təkidlə bildirib.
 
Məhmət Əli Aydınlar isə klubun prezidenti olacağı tədqirdə “Fənərbaxça”nın yaşayan əfsanəsi Aleks de Souzanı yenidən kluba gətirəcəyini bildirib.
 
Hər iki namizədin böyük dəstəyə malik olduğunu düşünsək, “Fənərbaxça”nı gərgin seçkilərin gözlədiyini demək olar.
Shares: