Kolumbiya millisinin lideri Radamel Falkaonun DÇ-2014-də iştirak etmə şansları yüksəlib. Futbolinfo.az xəbər verir ki, bir müddət öncə ağır zədələnən qolçunun mundialda iştirakının çətin olacağı açıqlansa da, "Monako"nun şərəfini qoruyan futbolçu özü haqda müsbət danışıb:
"Sürətlə sağalıram. Həkimim DÇ-2014-ə iştirak etmək şanlarımın 50 faizdən 55 faizə qalxdığını deyib".
Məlumatınız olsun ki, Falkao Fransa kuboku çərçivəsində keçirilən matçda ötən ay xəsarət almışdı.





