Topaz Premyer Liqasının 20-ci turunun "Rəvan" – "İnter" qarşılaşmasındakı hakimliyin səviyyəsi meydan sahiblərini narazı salıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabbarov və onun köməkçilərinin qərarları "Rəvan" rəhbərliyinin kəskin etirazına səbəb olub.
 
Məhz bu üzdən meydan sahibləri qarşılaşmadan sonra oyunun protokoluna öz etirazlarını qeyd ediblər. Güman ki, gələn həftənin ilk günlərində AFFA "Rəvan"ın bu etirazına baxacaq və qeyd olunanlar haqlı olacağı halda Cabaarov cəzalanacaq.
 
Qeyd edək ki, Cabbarov bu qarşılaşmanın əlavə vaxtında "Rəvan"ın qapısına penalti təyin edib. Qonaqların forvardı Vaqif Cavadovun dəqiqliklə yerinə yetirdiyi 11 metrlik zərbə "İnter"ə çətin səfər qələbəsi qazandırıb. Amma hakimin bundan öncəki bəzi qərarları da "Rəvan" tərəfinin narazılığına səbəb olub.
Shares: