Tarixinin ən çətin dövrlərindən birini yaşayan "Milan" heyətini gücləndirməklə problemi aradan qaldırmaq istəyir. Futbolinfo.az xəbər verir ki, "rossonyerlər" "Real"ın futbolçusu Fabio Koentraoya "elçi" düşüb.
"Tuttosport"un verdiyi xəbərə görə, Madrid klubu əvvəl bu keçidin reallaşmasına razı deyildi. İndi isə fikrini dəyişib. Bu transfer yayda həllini tapacaq.
"Milan" portuqaliyalı müdafiəçini satın alma hüquqları ilə birlikdə icarəyə götürmək niyyətindədi. Transferin dəyərinin 10 milyon avro olduğu bildirilir.





