Bu dəqiqələrdə Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində Lənkəranda "Xəzər Lənkəran"la "Neftçi" qarşılaşır. Futbolinfo.az xəbər verir ki, stadionda sıx duman var.
Bu üzdən arenaın projektorlar indidən yandırılıb. Təhlükəsizlik yüksək səviyyədədi. Ciddi nəzarət var.
Tribunada çox az boş yerlər var. Yerli fanatlar tribunadan "Şəhidlər ölməz, vətən bölünməz" sözlərinin yazıldığı təxminən 70 metrlik şüar asıblar.
Cavad, Lənkəran





